“Başqa sahələrdə olduğu kimi jurnalistikada da plagiatlıq var. Bununla bağlı Mətbuat Şurasına qəzet və informasiya agentlikləri tərəfindən şikayətlər gəlir. Hesab edirik ki, bu sahədə mövcud olan hərc-mərcliyi aradan qaldırmaq lazımdır”. Bunu isə plagiatlıqla bağlı məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri qəzetlərin həm bir-birlərindən həm də informasiya agentliklərindən xəbərlər oğurladığını deyib. Ə. Amaşov deyib ki, Mətbuat Şurasının keçirdiyi monitorinqlərin nəticəsində qəzetlərdəki materialların üçdə iki hissəsinin informasiya agentliklərinə məxsus olduğu üzə çıxıb: “Qəzetlərdə xəbər hazırlamaq praktikası ya yaddan çıxıb ya da ki, həmin redaksiyaların əməkdaşları xəbər toplamaqda çətinlik çəkirlər. Çox ehtimal ki, qəzetlərdə informasiyaların çoxluğunu görərək xəbərin kimə məxsus olduğunu göstərən hissəni çıxarıb öz əməkdaşının adını yazırlar. Bu isə plagiatlığın bariz nümunəsidir”. MŞ sədri televiziya verilişlərində, əsasən də xəbərlər proqramlarında informasiya agentliklərinin xəbərlərinin istinad olunmadan səsləndirildiyini bildirib: “Bu da plagiatlığın bir formasıdır. Keçirdiyimiz monitorinqlərdə bu halları özümüz üçün də müəyyənləşdiririk”. Ə. Amaşov deyib ki, MŞ yaxın gələcəkdə plagiatlıqla bağlı geniş bir tədbir keçirəcək.
ANS-in APA-dan etdiyi plagiatlığın kiçik nümunələrini təqdim edirik:
http://apa.az/news.php?id=98893
http://anspress.com/nid76090.html
http://apa.az/news.php?id=98897
http://www.anspress.com/nid76119.html
http://apa.az/news.php?id=98990
http://anspress.com/nid76256.html
http://apa.az/news.php?id=99215
http://anspress.com/nid76691.html
http://apa.az/news.php?id=99602
http://anspress.com/nid77129.html
http://apa.az/news.php?id=99889
http://anspress.com/nid77539.html
http://apa.az/news.php?id=99971
http://anspress.com/nid77649.html
http://apa.az/news.php?id=99984
http://anspress.com/nid77676.html
http://apa.az/news.php?id=100048
http://anspress.com/nid77710.html
http://apa.az/news.php?id=100249
http://anspress.com/nid78049.html
http://apa.az/news.php?id=100229
http://anspress.com/nid78086.html
http://apa.az/news.php?id=100264
http://anspress.com/nid78095.html
http://apa.az/news.php?id=100335
http://anspress.com/nid78180.html
http://anspress.com/nid78287.html
http://apa.az/news.php?id=100435
http://economics.apa.az/news.php?id=68091
http://anspress.com/nid78525.html
http://apa.az/news.php?id=100669
http://www.anspress.com/nid78643.html
http://www.apa.az/news.php?id=101539
http://www.anspress.com/nid80015.html