Bank Of Baku

Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı monitorinq aparılıb

Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı monitorinq aparılıb
# 18 iyul 2008 09:35 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Yeni Nəsil” Jurnalistlər Birliyinin iyulun 6-dan 15-nə qədər Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı apardığı monitorinqin nəticələri açıqlanıb. APA-nın xəbərinə görə, “Az.TV”, ANS, ATV, İTV, “Lider” və ”Space” telekanalları, “Azadlıq”, “Yeni Müsavat”, “Xalq qəzeti”, “Zerkalo” və “525-ci qəzet”lərin monitorinqini aparan “Yeni Nəsil” siyasi proseslərin zəif işıqlandırıldığını müəyyən edib. Məlum olub ki, KİV əsasən prezidentin, digər rəsmi şəxslərin və hakim partiyanın fəaliyyəti haqda informasiyalar, süjet və reportajlar yayımlayır. Müxalifətin və digər siyasi qüvvələrin fəaliyyəti isə yalnız müxalifət mətbuatında və müstəqil KİV-də əksini tapır. Avropa Şurası və Avropa Komissiyasının dəstəyi ilə aparılan monitorinq barədə məlumat verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycan kütləvi informasiya vasitələrinin beynəlxalq standartlara uyğunlaşmasını arzuladıqlarını bildirib. KİV sahəsi üzrə ekspert Devid Vaard isə monitorinqin məqsədinin mediaya hücum etmək yox, onlara kömək göstərmək məqsədi daşıdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR