Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda mədəniyyət telekanalının açılması barədə düşünürük”

Nuşirəvan Məhərrəmli: “Azərbaycanda mədəniyyət telekanalının açılması barədə düşünürük”
# 18 iyul 2008 14:51 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Biz gələcəkdə Azərbaycanda başqa sahə telekanallarının açılması barədə də düşünürük”. Bunu APA-nın sualına cavabında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, son vaxtlar ictimaiyyət arasında daha çox mədəniyyət telekanalının açılması ilə bağlı fikirlər səslənir: “Biz də bununla bağlı düşünürük. Hesab edirik ki, sahə xarakterli telekanalların, xüsusən də mədəniyyət kanalının açılması lazımdır. Amma bunu yaratmaq o qədər də asan iş deyil. Digər kanallar müxtəlif səpkili proqramlarla efiri doldura bilirlər. Sahə xarakterli kanalların efirinin doldurulması isə çətin məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR