Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Növbəti parlament seçkiləri ərəfəsində bütün bölgələrdə telekanallar açmağı qarşımıza məqsəd qoymuşuq”

Nuşirəvan Məhərrəmli: “Növbəti parlament seçkiləri ərəfəsində bütün bölgələrdə telekanallar açmağı qarşımıza məqsəd qoymuşuq”
# 18 iyul 2008 15:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində ölkənin bütün bölgələrində televiziya kanallarının fəaliyyət göstərməsini qarşımıza məqsəd qoymuşuq”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, bütün bölgələrdə televiziya kanallarının açılması yerlərdən irəli sürülən deputatlığa namizədlərə geniş təbliğat imkanları yaradacaq: “Ötən seçkilərdə namizədlərin kanallarda təbliğat aparması məsələsi bizim üçün problemlər yaratdı. Namizədlər çox idi, hamısı da paytaxtdakı telekanallar vasitəsilə təbliğat aparmaq istəyirdilər. Bu səbəbdən efirdə qarışıqlıq yaranmışdı. Bunu aradan qaldırmaq üçün bütün bölgələrdə telekanallar açılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR