Bank Of Baku

Mətbuat Şurasının binasında Məmməd Nazimoğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirib

Mətbuat Şurasının binasında Məmməd Nazimoğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
# 21 iyul 2008 11:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurasının binasında yaxın günlərdə dünyasını dəyişmiş istedadlı jurnalist, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Məmməd Nazimoğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, tədbirdə Məmməd Nazimoğlunun xatirəsinə həsr olunmuş xüsusi buraxılış media təmsilçilərinə təqdim olunub. Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çağdaş mətbuatımızın seçilən nümayəndələrindən olan Məmməd Nazimoğlunun jurnalistika xəzinəmizə töhfələrindən söz açıb, onun parlaq xatirəsinin qədirbilən oxucuların və dostlarının qəlbində daim yaşayacağını vurğulayıb. Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əsgər, Məmməd Nazimoğlu ilə birlikdə oxumuş və çalışmış jurnalistlərdən İlqar Həsənov, Tahir Aydınoğlu, İlham Abbasov və başqaları mərhum yazarın bənzərsiz şəxsiyyətindən və orijinal yaradıcılığından sevgi ilə danışıblar. Mərasimdə Məmməd Nazimoğlunun publisistik və bədii irsinin toplanması və nəşrinin vacibliyi qeyd olundu, xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər səsləndirilib. Sonda Məmməd Nazimoğlunun oğlu Orxan mərasimin təşkilinə və xüsusi buraxılışın nəşrinə görə atasının sənət dostlarına minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR