Bank Of Baku

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayıb

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayıb
# 21 iyul 2008 11:33 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Son vaxtlar Azərbaycan mediasında müxtəlif təşkilatların “Jurnalistlərin dostu” mükafatını təqdim etdikləri barədə məlumatlar yer almaqdadır. Təbiidir ki, hər bir qurum mükafat təsis etməkdə və laureatların müəyyənləşdirilməsində sərbəstdir. Lakin hansısa qurumda illər boyu sabitləşən, ənənəyə çevrilən nominasiyaları özününküləşdirmək cəhdlərini bir heç vəchlə məntiqi saymaq olmaz”. Bu fikirlər “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin yaydığı bəyanatda öz əksini tapıb. Qurumdan APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycanda “Jurnalistlərin dostu” mükafatı 1997-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunub: “Bu, ölkə ictimaiyyətinə də, media əməkdaşlarına da, beynəlxalq qurumlara da yaxşı məlumdur. Mükafat Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinə, dövlət adamlarına təqdim edilir. Onların kimlikləri media ekspertləri, kütləvi informasiya vasitələri təmsilçiləri arasında keçirilən sorğular vasitəsilə müəyyənləşdirilir. “RUH” AJMK bəyan edir ki, “Jurnalistlərin dostu” mükafatı üzərində müəlliflik hüququ ona məxsusdur və bu hüquqları heç bir quruma güzəştə getməyib. Məhz bu baxımdan mükafatı özününküləşdirmək cəhdlərini etik çərçivədən kənara çıxan hərəkətlər, təşkilatımızın rəsmi sənədlərində əksini tapmış və simasına çevrilmiş prinsiplərə hörmətsizlik kimi dəyərləndirir və belə hallara yol verənlərin yanlış metoddan imtina edəcəklərinə əminliyini bildirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR