Bank Of Baku

AMİP “Azərbaycan mediası: mövcud reallıqlar” mövzusunda dəyirmi masa keçirib

AMİP “Azərbaycan mediası: mövcud reallıqlar” mövzusunda dəyirmi masa keçirib
# 21 iyul 2008 13:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşəbbüsü ilə “Azərbaycan mediası: mövcud reallıqlar” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AMİP-in mətbuat katibi Əli Orucov Azərbaycan mətbuatının keçdiyi yola nəzər salıb və ölkə mediasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda müstəqil mətbuatın qarşılaşdığı problemlərdən də danışıb. Partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Məmmədov isə jurnalistlərin peşəkarlığına diqqəti yönəldib. Ə. Məmmədov azad mətbuatın ölkədə demokratiyanın inkişafına təkan verəcəyinə ümid etdiyini deyib. Dəyirmi masada çıxış edən digər tədbir iştirakçıları da jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirərək, dövlətin bu sahədə çalışanlara diqqət yönəltməsinin zəruriliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR