Bank Of Baku

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
# 22 iyul 2008 07:57 (UTC +04:00)
Ötən 133 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçirən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, ən yeni mətbuat növü sayılan internet qəzetçilik inkişaf etməyə başlayıb. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib və bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, jurnalistlərin peşə kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Artıq bir çox kütləvi informasiya vasitələrinin xarici ölkələrdə büroları fəaliyyətə göstərməyə başlayıb və bununla da Azərbaycan müstəqilliyin ilk dövrlərindən fərqli olaraq informasiya aclığı və informasiya blokadası problemindən demək olar ki, azad olub. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq öz əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Və sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Bu gün öz peşə bayramını qeyd edən bütün həmkarlarımızı APA İnformasiya Agentliyinin kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR