Bank Of Baku

Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil

Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil
# 22 iyul 2008 07:59 (UTC +04:00)
Bakı. Elbrus Sefullayev-APA. Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil. APA-nın məlumatına görə, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Şöbə müdiri deyib ki, Azərbaycanda mətbuatla vətəndaşlar, mətbuatla dövlət orqanları arasındakı münasibətlərin tənzimlənməsi işi ilə jurnalistikanın yeganə seçimli təşkilatı olan Mətbuat Şurası məşğul olur. Onun sözlərinə görə, Mətbuat Şurası bu gün cəmiyyətdə daha çox ictimai dəstəyə malikdir: “Ola bilsin ki, gələcəkdə Mətbuat Şurası ilə bağlı məxsusi qanun qəbul olunması reallaşsın. Hazırda belə təşəbbüslər var. Belə olarsa, Mətbuat Şurası effektli mətbuat institutu rolu oynaya bilər, nəinki, mətbuat ombudsmanı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR