Bank Of Baku

Azərbaycan Mətbuat Şurası Milli Mətbuatın yaranmasının 133-cü ildönümü münasibətilə qəbul təşkil edib

Azərbaycan Mətbuat Şurası Milli Mətbuatın yaranmasının 133-cü ildönümü münasibətilə qəbul təşkil edib
# 22 iyul 2008 08:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Dünən Azərbaycan Mətbuat Şurası Milli Mətbuatın yaranmasının 133-cü ildönümü münasibətilə qəbul təşkil edib. APA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, ölkə jurnalistlərini peşə bayramı münasibətilə təbrik edib. Ə.Amaşov Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatının keçdiyi tarixi yoldan bəhs edib. Onun sözlərinə görə, bu gün jurnalistləri bütün çətinliklərinə baxmayaraq mətbuatda böyük həvəslə çalışırlar.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalist peşəsinin məsuliyyətindən danışıb və bu peşənin çətin olduğu qədər həm də şərfli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti hər zaman mətbuata qarşı diqqət və qayğı göstərib və bu diqqət gələcəkdə də hiss olunacaq.
Tədbirdə ölkənin tanınmış jurnalistləri, hökumət nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR