Bank Of Baku

“RUH” “Media açarı” mükafatının təsisçiləri sırasını tərk edib

“RUH” “Media açarı” mükafatının təsisçiləri sırasını tərk edib
# 22 iyul 2008 11:08 (UTC +04:00)
“RUH”-dan APA-ya daxil olan bəyanatda bildirilib ki, qərar qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Məlumatda qeyd olunub ki, komitə bu qərarı mükafatın 2008-ci il üçün qalibləri müəyyənləşdirilərkən şəxsi qərəzlik meyllərinin peşə prinsiplərini, yaradıcılıq tələblərini üstələməsi ucbatından qəbul edib: “Qaliblərin hər birinə hörmətlə yanaşaraq vurğulayırıq ki, belə yanaşma tərzinin gələcəkdə özünü daha qabarıq büruzə vermə təhlükəsi ciddi narahatlıq doğurur”.
“RUH” AJMK onu da bildirib ki, bu qərar təəssüfləndirici olduğu qədər də vacib və obyektivdir. Komitə eyni zamanda bəyan edib ki, ölkənin jurnalist təşkilatlarının çoxsaylı mükafatlar təqdim etməsi mediada və ictimai fikirdəki gözləntiləri heç də doğrultmur: “Bunların vahid sistemdə birləşdirilməsi həvəsləndirmə tədbirlərinin effektivliyini artırardı”. Komitə bildirib ki, media təşkilatlarının bu istiqamətdə razılaşmasının vaxtı çatıb və bundan ümumilikdə jurnalistika fayda qazanar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR