Bank Of Baku

Hacı Allahşükür Paşazadə: “Yalan və xəyanət ermənilərin qanındadır”

Hacı Allahşükür Paşazadə: “Yalan və xəyanət ermənilərin qanındadır”
# 22 iyul 2008 11:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilərin ünvanına sərt ittihamlar səsləndirib. APA-nın məlumatına görə, bu gün öz iqamətgahında ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperlə görüşən Şeyxülislam ermənilərin Dağlıq Qarabağ münaqişəsini dini qarşıdurmaya gətirib çıxarmaq istədiklərini bildirib: “Ancaq biz bu münaqişənin siyasi xarakter daşıdığını sübut etdik”.
Bir neçə gün əvvəl Bibiheybət məscidinin açılış mərasiminin keçirildiyini deyən A. Paşazadə Sovet rejiminin bu ibadət ocağını 1934-cü ildə dağıtdığını xatırladıb. Həmin illərdə Azərbaycanın bir çox bölgələrində məscidlərin dağıdıldığını deyən QMİ sədri bunun əksinə olaraq ölkədə fəaliyyət göstərən kilsə və sinaqoqların qorunub saxlandığını diqqətə çatdırıb: “O cümlədən Bakıdakı erməni kilsəsi də qorunub saxlanıb”. A. Paşazadə Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istədiyini, lakin bu sahədə qarşı tərəfdə səmimiyyət çatışmadığını vurğulayıb: “Biz problemin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edirik. Bu məqsədlə görüşlər keçiririk. Lakin bu görüşlərin səmərəsini görmürük. Çünki yalayan və xəyanət onların qanındadır. Onlar bizim süfrəmizdə oturub çörəyimizi yeyib, bayıra çıxandan sonra isə əleyhimizə danışıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR