“Media açarı” mükafatının təşkilatçılarına və münsiflər heyətinə sərt ittiham irəli sürülüb
O bildirib ki, “Media açarı” mükafatına təqdim etdiyi 20 Yanvar hadisələrinə həsr olunmuş “Adlarını tarixə yazanlar adları ilə tarix yazdılar” sərlövhəli yazısı “Media Forum” portalında yerləşdirilib: “Əvvəl bu yazıya birinci nominasiyanın verilməsi ilə razılaşan münsiflər heyəti sonradan yazının mənə məxsus olduğunu biləndə qəribə bir bəhanə gətirdilər. Onlar əvvəlki qərarlarını dəyişmələrini yazının qəzetdə çap olunmaması, internet portalında yerləşdirilməsi ilə izah ediblər. Halbuki onlar yazıya birinci yeri verəndə də bunu bilirdilər. Digər tərəfdən, indiyə kimi “Media Forum”da yerləşdirilən başqa yazılar “Media açarı” mükafatına layiq görülüb. Hər kəs bilir ki, Azərbaycan qanunvericiliyinə görə internet mətbuatı da yazılı media sayılır. Bu, mənim adımla bağlı olan məsələdir. Onları başa düşürəm, bizim fəaliyyətimiz sadəcə, həmin şəxsləri qıcıqlandırır”.
A. Yusifoğlunun yazısına olan münasibət münsiflər heyətində qarşıdurma yaradıb. Buna etiraz edən münsiflər heyətinin üzvlərindən biri, Qərb Universitetinin müəllimi Altay Zahidov yekun protokoluna imza atmayıb. A. Zahidov APA-ya açıqlamasında bildirib ki, publisistika nominasiyasında iki yazı, 20 Yanvar hadisələrinə həsr edilən və ziyalıların Qarabağa səfərindən, xalq diplomatiyasından bəhs edən məqalələrin hər ikisinin birinci yerə layiq görülməsi ilə bağlı razılıq əldə olunub: “Qulu Məhərrəmli, Nəsir Əhmədli, Knyaz Aslan, Etibar Babayev və mən bununla bağlı qərar vermişdik. Sonradan məlum oldu ki, birinci məqalə Anar Yusifoğluna, ikinci isə Ceyhun Musaoğluna məxsusdur. Bir neçə gün əvvəl məni protokola imza atmaq üçün çağırdılar. Onda Qulu Məhərrəmli dedi ki, Anarın yazısı internetdə yayılıb, bu, düzgün deyil, yazı qəbul edilə bilməz. Buna etirazımı bildirdim və dedim ki, mən sizin oyunlara qatılmıram. Protokolu imzalamadım. Etibar Babayev də sənədə imza atmayıb”.
Qulu Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, A. Yusifoğlunun yazısı yaxşı yazılardan biri kimi seçilsə də, sonradan “Media açarı” mükafatının Nizamnaməsini nəzərə almalı olublar: “Nizamnamənin 3.1.3-cü maddəsinə görə yazıların çap olunduğu qəzetlərin nüsxələri müsabiqəyə təqdim olunmalıdır. Bu mənada təkcə Anar Yusifoğlunun yazısı deyil, foto nominasiyası üzrə təqdim olunan material da mətbuatda çap olunmadığına görə təəssüf ki, onları mükafata layiq görə bilmədik. “Media Forum” internet forumdur, internet qəzet deyil. Amma o yazı yaxşı yazı idi və mənim də xoşuma gəlmişdi. Burada xüsusi bir qərəz, məqsəd olmayıb”.
Q. Məhərrəmli onu da deyib ki, indiyə kimi “Media açarı” mükafatı üzrə yalnız tanınmış jurnalist Hikmət Sabiroğlunun internet portalında dərc olunan yazısı mükafata layiq görülüb: “Bu da xüsusi mükafat olub. Xüsusi mükafat isə əsasnamədən kənar nəzərdə tutulduğu üçün onu təşkilatçılar özləri müəyyənləşdirirlər”.
“Media açarı” mükafatının təşkilatçısı olan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdən məsələyə münasibət öyrənmək cəhdi nəticəsiz qalıb. Demokratik Jurnalistlər liqasının sədri Yadigar Məmmədli isə “başqa yerdə olduqlarını” deyib və sorğuya cavab verməyib.
Qeyd edək ki, “Media açarı” mükafatı bu gün təqdim olunub. Təqdimatdan bir az əvvəl isə “RUH” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi təsisçilər sırasından çıxdığını bəyan edib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb