APA-nın yeni korporativ stilinin və yeni stilə uyğun hazırlanmış internet saytının təqdimatı keçirilib - YENİLƏNİB
APA-nın yeni korporativ stilini yaradan “PeopleBrand” şirkətinin direktoru Emin Quluzadə isə APA-nın Azərbaycanda ən çox sitat gətirilən agentlik olduğunu nəzərə çatdırıb. APA-nın yeni korporativ stili barədə məlumat verən şirkət direktoru əlavə edib ki, agentliyin yeni loqotipində neytrallığı əks etdirən mavi rəngin çalarlarından istifadə edilib. Loqotipdə əks olunan yarımkürə isə APA-nın inkişaf edərək yüksəldiyi mərhələni göstərir. E. Quluzadə APA-nın geniş oxucu kütləsinə daha yaxşı tanıdılması üçün kampaniya keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
APA-nın saytının reklam yerlərini idarə edəcək “DigitalBrand” şirkətinin icraçı direktoru Əflatun Hüseynov isə bildirib ki, agentliyin 30 min nəfər tərəfindən oxunan saytına həftənin iş günlərində daha çox baxılır. Ə. Hüseynov onu da qeyd edib ki, saytda reklam yerlərinin optimallaşdırılması üçün bır sıra dəyişiklər edilib, reklam verənlər üçün əlavə üstünlüklər təmin edilib. Ə. Hüseynov APA-nın yeni saytının yeni imkanlarla bu gündən istifadəyə verildiyini də vurğulayıb. Daha sonra mərasim iştirakçıları yeni korporativ stil və internet saytla tanış olublar.
Qeyd edək ki, yeni korporativ stildə yaradılan APA daha dinamik və müasir təsvir olunur. Tərəfsizliyin rəngi olan mavinin çalarlarından təşkil olunan loqotip sadə cizgiləri ilə agentliyin tutduğu mövqeni daha düzgün ifadə edir. Artıq 4 ildir ki, xəbər çatdıran agentliyin yeni şüarı isə “Xəbərimiz var” olub.
Agentliyin geniş oxucu kütləsi ilə birbaşa əlaqə vasitəsi olan www.apa.az saytı da yeni korporativ stilə uyğun hazırlanıb. İnternet istifadəçilərinin işini asanlaşdırmaq üçün saytda bir sıra dəyişiklik edilib. Saytın menyularının yeri, xəbər rubrikaları, strukturu müasir tələblərə uyğun tərtib olunub. Bundan başqa, fotoslaydlar və video xəbərlər bölməsi də istifadəçilərin ixtiyarına verilib. İstifadəçilər həm də saytı öz istəklərinə uyğun tənzimləmək imkanı qazanıblar.
Sayt hazırlanarkən reklam verənlərin də maraqları nəzərə alınıb. Belə ki, sayt marketinq cəhətdən Azərbaycanda ilk dəfə tətbiq olunan yeni imkanlarla təchiz olunub. “DigitalBrand” şirkəti tərəfindən tərtib olunan saytın reklam yerləri də bu şirkət tərəfindən idarə olunacaq.
APA müstəqil, özəl informasiya agentliyidir. 2004-cü ildə yaradılan agentlik 5 dildə fəaliyyət göstərir. APA abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir. Agentliyin yerli və xarici bürolardan ibarət xəbər şəbəkəsi qurulub.
“Digitalbrand” şirkəti digital marketinq sahəsində fəaliyyət göstərir. “PeopleBrand” reklam agentliyi tərəfindən 2008-ci ildə təsis olunan şirkət, internet reklam, media satınalma və media planlaşdırma, vebanalitika və araşdırma, multimedia təqdimatlarının hazırlanması və mobile marketinq xidmətləri verir.
Media
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Xəbər Lenti
Lavrov: Avropa açıq şəkildə Rusiya ilə silahlı münaqişəni planlaşdırır
Tramp əmindir ki, Rusiya ilə Avropa münasibətlərindəki problemləri həll edə biləcək
Moldovanın sabiq baş prokuroru Stoyanoglo Qaqauz rəhbəri seçilib
Lavrov: NATO qüvvələrinin Ukraynada mövcudluğu Rusiya ilə münaqişə riskini artıracaq
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib