Bank Of Baku

Azərbaycandan 8 jurnalist Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib

Azərbaycandan 8 jurnalist Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib
# 25 iyul 2008 08:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov – APA. Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) daha bir şikayət göndərilib. Media Hüququ İnstitutundan APA-ya verilən məlumata görə, yerli məhkəmələrin qərarlarından narazı qalan 8 jurnalist - Rauf Abbasov, Azər Abbasov, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Nəcizadə, Qənimət Zahidov, Şahvələd Namazov və Mehman Əliyev AİHM-ə müraciət edib. Müraciətdə Avropa Məhkəməsindən ərizəçilərin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdiyi xərclərin və zərərlərin əvəzinin ödənilməsinin təmin edilməsi xahiş olunub. Jurnalistlərin hüquqlarını hüquqşünaslar Rəşid Hacılı, Xalid Ağəliyev və Elçin Sadıqov müdafiə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR