Bank Of Baku

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mətbuat konfransı keçirib

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mətbuat konfransı keçirib
# 30 iyul 2008 11:19 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Zeynallı bildirib ki, xaricə getmək məqsədilə ümumvətəndaş pasportu almaq üçün Pasport Qeydiyyat İdarəsinə müraciət edib və pasportu üç gün müddətində almaq üçün 120 AZN ödəyib. Lakin bir neçə gün sonra ona zəng edərək, ümumvətəndaş pasportu ala bilməyəcəyini söyləyərək, bunu barəsində cinayət işi olması ilə izah ediblər. Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov da baş redaktora bildirib ki, barəsindəki cinayət işi üzrə hökm çıxarılana qədər ona pasport verilə bilməz. Ə. Zeynallı deyib ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi ötən ilin oktyabrında onun ölkədən kənara çıxmaması barədə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə. Zeynallının barəsində Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (irqi, dini, milli ayrı-seçkilik salmaq) cinayət işi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR