Azərbaycanın media rəhbərləri mətbuatla bağlı imzalanan sənədləri müsbət qiymətləndirirlər
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da APA-ya açıqlamasında prezidentin bir sıra mətbu orqanlara 5 min manat məbləğində maliyyə yardımı ayırmasını müsbət qiymətləndirib: “Buna görə təşəkkür edirəm. Düzdür, daha böyük məbləğdə pul ayrılmasına Azərbaycan büdcəsinin imkanı çatır. Amma buna da şükür. Çünki mən bu mərhələdə iqtidarın mətbuata yönəlik hansısa müsbət addımlar atacağına inanmırdım. Arzu edirəm ki, bunun ardınca digər addımlar da atılsın, həbsdə olan jurnalistlər azadlığa buraxılsın, Azərbaycanın yazılı mətbuatının normal fəaliyyəti üçün bütün imkanlar yaradılsın”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hər iki sənədin imzalanmasından sevinc duyduğunu açıqlayıb. Onun sözlərinə görə, Mətbuat Şurasının üzvləri və jurnalistlər uzun müddət idi ki, bu sənədlərin imzalanmasını gözləyirdilər: “Bu siyahıda həm iqtidar, həm müxalifət, həm də müstəqil KİV-lər var. Bu, sübut edir ki, dövlət başçısı Azərbaycanda söz və mətbuatın inkişafına qayğı göstərir. Əlbəttə, 5 min manatlıq yardım mətbuatın bütün problemlərini həll etmir. Amma əsas məsələ dövlətin ayrı-seçkiliyə yol vermədən mətbuata qayğısının nümayiş etdirilməsidir. İnanıram ki, bundan sonra Azərbaycan mətbuatı sıxıntıdan çıxacaq”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də imzalanan sənədləri müsbət qiymətləndirib. Onun fikrincə, birdəfəlik yardımın məbləği hamı tərəfindən birmənalı qarşılanmayacaq, bəziləri bunu az, bəziləri çox hesab edəcək: “Amma mən hesab edirəm ki, söhbət yardımın məbləğindən getməməlidir. Mahiyyət odur ki, prezident mətbuatın çətin durumunun və ona hər hansı səviyyədə kömək göstərməyin zəruriliyinin fərqinə varıb. Beş min manat məbləğində yardımın özü də o deməkdir ki, prezident mətbuatın yardıma ehtiyac duyduğunu görərək ilk addımı atıb. Konsepsiyanı isə mətbuat və hökumət münasibətlərində uzun müddətə hesablanmış böyük bir prosesin başlanğıcı kimi dəyərləndirirəm. Yəqin bu konsepsiyanın həyata keçirilməsinin real mexanizmləri də tətbiq olunacaq”.
“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı isə konsepsiyanın məzmunundan xəbərsiz olduğunu bildirib: “Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi konsepsiyanın hazırlanması prosesində təkliflər vermişik. Amma bilmirəm o təkliflər qalır, ya yox. Ümumilikdə konsepsiyanın tərəfdarıyam. Beş min manat yardım ayrılması haqda isə yalnız onu deyirəm ki, bəy verən atın dişinə baxmazlar”.
APA-nın baş direktoru Vüsalə Mahirqızı da dövlət başçısının imzaladığı sərəncamları yüksək qiymətləndirdiyini bildirib. Ayrılan maliyyə yardımının və KİV-ə dövlət dəstəyi konsepsiyasının mətbuatın inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyən V. Mahirqızı sərəncamların mətbuatın tərəqqisində təkan rolu oynayacağını vurğulayıb. O, mediaya dövlət qayğısının davamlı olmasını arzuladığını da sözlərinə əlavə edib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb