Səhiyyə Nazirliyi Keşlədə kanalizasiya kollektorunda baş vermiş qəzanın fəsadlarını aradan qaldırmaq üçün tədbirlər görür

Səhiyyə Nazirliyi Keşlədə kanalizasiya kollektorunda baş vermiş qəzanın fəsadlarını aradan qaldırmaq üçün tədbirlər görür
# 01 avqust 2008 14:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İyulun 23-də Keşlə qəsəbəsi ərazisində kanalizasiya kollektorunda baş vermiş qəzanın sanitariya-epidemioloji fəsadlarının qarşısını almaq üçün sanitariya-epidemioloji xidmət tərəfindən bütün vacib tədbirlərin həyata keçirilməsi təmin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza baş verən ərazidən keçən su xətlərində suyun çirklənmə ehtimalı olduğundan su kəmərlərinin suyu ciddi nəzarətə götürülüb, su nümunələri gündəlik olaraq, laboratoriya müayinələrinə cəlb edilib. Eyni zamanda, həmin ərazidə çirklənmə təhlükəsi ola bilən quyu suları da yoxlanılıb və bir neçə quyunun mikrobioloji cəhətdən çirkləndiyi məlum olub. Həmin quyuların zərərsizləşdirilməsi üçün təcili tədbirlər görülüb. Hazırda təkrar laboratoriya müayinələri aparılır. Qəza baş vermiş ərazidə və kanalizasiya suları ilə çirklənmiş həyətlərdə, evlərdə bir neçə gün ərzində əsaslı dezinfeksiya işləri həyata keçirilib. Tibbi sanitariya tədbirləri hazırda da davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR