Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası yeni tərkibdə ilk iclasını keçirib

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası yeni tərkibdə ilk iclasını keçirib
# 01 avqust 2008 15:21 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası yeni tərkibdə ilk iclasını keçirib. MŞ-dan APA-ya verilən məlumata görə, qurumun sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun sədrliyi ilə keçirilən iclasda 6 müraciətə baxılıb. Əvvəlcə, millət vəkili, «Azər Kontrakt» SC-nin sədri Miri Qənbərovun «Aydın fikir» qəzeti ilə bağlı şikayəti araşdırılıb. Müraciətdə qeyd olunub ki, qəzet «Miri Qənbərov ermənilərlə həmfikirdir?» (18-24 may 2008-ci il) sərlövhəli yazıda millət vəkilinin şərəf və ləyaqətini təhqir edib. Daha sonra qəzetin 22-28 iyun 2008-ci il tarixli sayında «Oqtay Əsədovun qonaqları Miri Qənbərovu təngə gətirib» sərlövhəli yoxlanılmamış, təhrif olunmuş məqalə çap olunub. Komissiya qarşı tərəfi də dinləyərək rəyə gəlib ki, nəşrin təqdimat üsulunda etik prinsiplərə sayğısızlıq qabarıq nəzərə çarpır. Qəzetə M.Qənbərovdan üzr istəmək, təkzib vermək tövsiyə olunub. Bakı şəhər 21 saylı məktəbin «Xüsusi tədqiqat» qəzeti ilə bağlı şikayəti əsasında da oxşar nəticəyə gəlinib. Komissiyanın rəyinə əsasən, cəmi 1 sayı işıq üzü görən «Xüsusi tədqiqat» qəzeti «reket» jurnalistikasına meyllidir. Cəlilabad rayonundakı Sərhədabad kənd bələdiyyəsinin «Kirpi» jurnalı ilə bağlı şikayəti əsasında jurnala bələdiyyə sədrindən üzr istəmək, təkzib vermək tövsiyə olunub. «7 gün+» qəzetinin baş redaktoru Mirsakit Sayadov şikayətçi tərəfdən - Salyan şəhər bələdiyyəsinin sədri Əşrəf Xanməmmədovdan üzr istədiyi və təkzib verməyə hazır olduğunu bildirdiyi üçün komissiya məsələni qapanmış hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR