Bank Of Baku

“İki sahil” qəzeti Yeni Azərbaycan Partiyasının IV qurultayına həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzeti Yeni Azərbaycan Partiyasının IV qurultayına həsr olunmuş xüsusi buraxılış hazırlayıb
# 01 avqust 2008 15:28 (UTC +04:00)
Bakı – APA. “İki sahil” qəzetinin redaksiyası Yeni Azərbaycan Partiyasının (YAP) IV qurultayına həsr olunmuş xüsusi buraxılış hazırlayıb. Qəzetdən APA-ya verilən məlumata görə, Xüsusi buraxılışda partiyanın keçdiyi inkişaf yolunu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini, prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizin demokratik, sivil mübarizə yolu ilə inkişaf edən dövlətə çevrilməsini, daxili və xarici siyasətdə qazanılan nailiyyətləri əks etdirən təhlili yazılar əksini tapıb. Nəşrin üz qabığında prezident İlham Əliyevin “Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha da əzmkar edir, məni daha da güclü edir. Mən bunu hiss edirəm və ona görə bütün islahatları, siyasəti çox cəsarətlə aparıram. Mənim üçün ən başlıcası Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır. Bütün siyasətim buna yönəldilib və əminəm ki, biz birlikdə, xalqın dəstəyi ilə Azərbaycanı hərtərəfli inkişaf etdirəcəyik, güclü, zəngin dövlət yaradacağıq" sözləri yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR