Bank Of Baku

Mətbuat Şurası Azərbaycan prezidentinə təşəkkür məktubu göndərəcək

Mətbuat Şurası Azərbaycan prezidentinə təşəkkür məktubu göndərəcək
# 01 avqust 2008 15:46 (UTC +04:00)
Bakı – APA. Mətbuat Şurası (MŞ) Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərəcək. MŞ-dan APA-ya verilən məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin avqustun 1-də keçirilən iclasında qəbul edilib. Şuranın sədri Əflatun Amaşov vurğulayıb ki, «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası» ölkə mediasının inkişafında yeni mərhələnin əsasını qoyur. İclasda MŞ-nin müraciətinə əsasən, 38 KİV-in birdəfəlik dövlət yardımı ilə təmin olunması da razılıq hissi ilə qarşılanıb. İdarə Heyətinin üzvləri çıxış edərək bildiriblər ki, dövlət sənədlərində medianın müstəqilləşməsinin prioritet məsələ kimi götürülməsi, mükafatlandırmada ayrı-seçkiliyə yol verilməməsi Azərbaycan rəhbərliyinin mediaya sayğılı münasibətini təsdiqləməkdədir. Buna görə, MŞ İlham Əliyevə qurum adından təşəkkür məktubu göndərilməsinə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR