Bank Of Baku

Masallıda KİV nümayəndələri üçün seminar keçirilib

Masallıda KİV nümayəndələri üçün seminar keçirilib
# 04 avqust 2008 08:13 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Avropa Şurası və Avropa Komissiyasının “Moldova və Cənubi Qafqazda azad və ədalətli seçkilərə dəstək” proqramı çərçivəsində Masallıda bölgədə fəaliyyət göstərən media nümayəndələri üçün “Qarşıdakı prezident seçkilərinin KİV-də işıqlandırılması” mövzusunda 2 günlük seminar-treninq keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli beynəlxalq təşkilatların hesabatlarında seçkilərlə bağlı iradlardan birinin də jurnalistlərin peşə fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb. Seminarda, həmçinin Avropa Şurasının eksperti Pyotr Fyodorov və Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR