Ötən ay Azərbaycanda 55 sərhəd pozucusu saxlanılıb

Ötən ay Azərbaycanda 55 sərhəd pozucusu saxlanılıb
# 04 avqust 2008 13:36 (UTC +04:00)
Bakı - APA. 2008-ci ilin iyul ayında Azərbaycanın dövlət sərhədini keçən və ya keçməyə cəhd göstərən 28 halda 55 sərhəd pozucusu saxlanılıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib. Tutulan sərhəd pozucularının 22-si Gürcüstan, 13-ü Azərbaycan, 7-si İran, 5-i Əfqanıstan, 3-ü Pakistan, hər ölkədən 2 nəfər olmaqla Rusiya və Türkiyə, 1-i Nigeriya vətəndaşıdır. Vizası olmadığı üçün 75 halda 129 nəfər (62 İran, 20 Türkiyə, 15 Azərbaycan, 3 Filippin, 3 Hindistan, hər ölkədən 2 nəfər olmaqla Böyük Britaniya, Çin, Honq-Konq, Kanada, Sinqapur, Suriya və hər ölkədən 1 nəfər olmaqla Avstriya, Botsvana, Ekvador, Estoniya, Hollandiya, İraq, Kipr, Kuba, Qvineya, Latviya, Mozambik, Özbəkistan, Rusiya vətəndaşı və 1 nəfər vətəndaşlığı olmayan şəxs), vizalarının müddəti qurtardığı üçün 40 halda 47 nəfər (16 İran, 14 Türkiyə, 3 Çin, hər ölkədən 2 nəfər olmaqla ABŞ, Kanada, Latviya, hər ölkədən 1 nəfər olmaqla Almaniya, Böyük Britaniya, Filippin, Hindistan, İsveç, Səudiyyə Ərəbistanı vətəndaşı və 2 nəfər vətəndaşlığı olmayan şəxs), müvafiq sənədləri olmadığına görə 34 halda 45 nəfər (23 Azərbaycan, 6 Gürcüstan, 5 İran, 5 Rusiya, 4 Ukrayna, hər ölkədən 1 nəfər olmaqla İraq və Qazaxıstan vətəndaşı) saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. Axtarışda olan 73 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ay ərzində 3 halda 90,300 kq narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan əlavə, 10,2 hektar sahədən ümumi çəkisi 19,456 ton olan 31527 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki yığılaraq məhv edilib.
Ötən ay Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 6 gəmi və 2 qayıq, Rusiyaya məxsus 2 gəmi və Qazaxıstana məxsus 1 gəmi saxlanılaraq baxış keçirilib, sərhəd rejim qaydalarına pozduğu üçün 1 qayıqda 2 Azərbaycan vətəndaşı saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. Ay ərzində 64 halda ümumi dəyəri təxminən 372411 manat olan qaçaqmal saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR