Bank Of Baku

Naxçıvanda fəaliyyət göstərən radioların monitorinqi aparılacaq

Naxçıvanda fəaliyyət göstərən radioların monitorinqi aparılacaq
# 05 avqust 2008 09:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən radioların monitorinqi aparılacaq. MR Televiziya və Radio Şurasından APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, monitorinqin aparılmasında məqsəd radiokanalların «Televiziya və Radio yayımı haqqında» qanununun tələblərini hansı şəkildə yerinə yetirdiyini öyrənməkdir. Monitorinq zamanı şura tərəfindən qəbul edilən qaydalara, milli-mənəvi dəyərlərə nə dərəcədə riayət olunması da yoxlanılacaq. İki həftə davam edəcək monitorinq çərçivəsində növbəlilik prinsipi əsasında əvvəlcə Naxçıvan Dövlət Radiosunun (104 FM), sonra isə «Naxçıvanın səsi» radiosunun (100.6 FM) fəaliyyəti araşdırılacaq. Monitorinqin nəticələri radioların məsul əməkdaşlarının iştirakı ilə şuranın növbəti iclasında müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR