Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibləri açıqlanıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibləri açıqlanıb
# 05 avqust 2008 10:49 (UTC +04:00)
Bakı - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) ilə birlikdə «Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri» mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqənin qaliblərini elan edib. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən BAMF-ın rəhbəri Umud Mirzəyev bildirib ki, müsabiqədə məqsəd mina qurbanlarının problemlərini mətbuat vasitəsi ilə cəmiyyətə çatdırmaq olub. Mina probleminin dünyanın bütün münaqişə zonalarında mövcud olduğunu qeyd edən təşkilat rəhbərinin sözlərinə görə, Azərbaycanın ərazilərinin böyük bir hissəsi mina və partlamamış hərbi sursatlarla çirklənib. BAMF-ın mina təhlükəsi ilə mübarizə sahəsində gördüyü işlərdən danışan təşkilat rəhbəri bu sırada minatəmizləmə, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi, onlara kiçik biznesin qurulmasında yardım göstərilməsi və s. köməkliklərin edildiyini bildirib. BAMF-ın əməkdaşı Siyab Məmmədov bildirib ki, hazırda Azərbaycanda 1883 nəfər mina qurbanı var. Mina qurbanı olmuş 353 nəfər isə dünyasını dəyişib.
Müsabiqənin nəticələri barədə məlumat verən BAMF-ın mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib ki, müsabiqəyə təqdim edilən 20 yazı 16-sı qəbul olunub. Müsabiqənin nəticələrinə görə, «Yeni Müsavat» qəzetinin əməkdaşı Elşad Paşasoy birinci, APA İnformasiya Agentliyinin əməkdaşı Rəşad Süleymanov, «Mərkəz» qəzetinin əməkdaşı Lalə Musaqızı ikinci, jurnalist Aynur Elgünəş, Seymur Verdizadə və Məlahət Rzayeva isə üçüncü yerə layiq görülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR