Bank Of Baku

«Naxçıvanın səsi» radiosuna lisenziya verilib

«Naxçıvanın səsi» radiosuna lisenziya verilib
# 05 avqust 2008 14:02 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikası (MR) Televiziya və Radio Şurası MR ərazisində yayımlanan «Naxçıvanın səsi» radiosuna xüsusi razılıq (lisenziya) verib. Şuradan APA-ya verilən məlumata görə, qurumun iclasında bu məsələyə baxılıb və radioya müsabiqədənkənar xüsusi razılıq (Lisenziya) verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, «Naxçıvanın səsi» radiosu MR ərazisində 2001-ci ildən fəaliyyət göstərir. Radio 100.6 FM tezliyində yalnız MR ərazisində yayımlanır.
Onu da xatırladaq ki, bu ilin iyun ayında MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə, iyul ayında isə «Kanal-35» televiziyasına müsabiqədənkənar lisenziya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR