Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri FİJET koordinatorunu qəbul edib

Azərbaycan Mətbuat Şurasının sədri FİJET koordinatorunu qəbul edib
# 05 avqust 2008 16:13 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Turizmdən Yazan Ümumdünya Jurnalistlər Təşkilatının (FİJET) koordinatoru Nikolay Meynartı qəbul edib. MŞ-dan APA-ya verilən məlumata görə, Ə. Amaşov rəhbərlik etdiyi qurumun Azərbaycanda medianın özünütənzimləmə sahəsində gördüyü işlərdən söhbət açıb. O, qonağı Şuranın media-ictimaiyyət, media-hakimiyyət münasibətlərində qarşıya çıxan problemlərin aradan qaldırılması praktikası ilə tanış edib. Bu xüsusda MŞ-nin komissiyalarının fəaliyyətindən danışıb. N. Meynart isə bildirib ki, Azərbaycana səfərinin məqsədi medianın vəziyyəti ilə tanışlıqdır. Qonaq eyni zamanda ölkəmizdə media ilə bağlı həyata keçirilən layihələrlə də maraqlandıqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR