Azərbaycan paytaxtında yuyucu tozu istehsal edən fabrikdə güclü yanğın olub

Azərbaycan paytaxtında yuyucu tozu istehsal edən fabrikdə güclü yanğın olub
# 06 avqust 2008 10:08 (UTC +04:00)
Bakı – APA. Bu gün saat 10.00 radələrində Bakının Sabunçu rayonu ərazisində güclü yanğın olub. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsindəki yuyucu tozu istehsal edən fabrikdə qeydə alınıb. Hadisə yerinə gedən Sabunçu Rayon Baş Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının qarşısını ala biliblər. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən fabrikdə bir neçə il əvvəl də güclü yanğın olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR