İsa Qəmbər ATƏT-in Bakı Ofisinin rəhbəri ilə görüşüb

İsa Qəmbər ATƏT-in Bakı Ofisinin rəhbəri ilə görüşüb
# 06 avqust 2008 10:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, demokratiya və insan haqlarının vəziyyəti, prezident seçkisi və Müsavat Partiyasının həmin seçkidə iştirakdan imtina haqqında qərarı ilə bağlı fikir mübadiləsi aparılıb.
İ. Qəmbər bu qərarın verilməsini şərtləndirən səbəblər barədə məlumat verib. X. L. Herrero siyasi partiyaların seçki ilə bağlı qərarlarına hörmətlə yanaşdığını bildirməklə yanaşı, ATƏT-in bu mərhələdə mövqeyi və fəaliyyəti barədə fikirlərini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR