Bank Of Baku

Şeyxülislam həbsdəki jurnalistlərin buraxılması üçün dövlət başçısına müraciət etməyə hazır olduğunu bildirib

Şeyxülislam həbsdəki jurnalistlərin buraxılması üçün dövlət başçısına müraciət etməyə hazır olduğunu bildirib
# 07 avqust 2008 12:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə ABŞ-ın Yell Universitetində mühazirə oxumağa dəvət edilib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə A. Paşazadə özü məlumat verib. O bildirib ki, ABŞ-a səfəri zamanı həmin ali məktəbin təşkil etdiyi konfransda çıxışı böyük rəğbətlə qarşılanıb və universitetin rəhbərliyi onu hər altı aydan bir mühazirə oxumağa dəvət edib. QMİ sədri həbsdəki jurnalistlərin əfv edilməsi üçün dövlət başçısına müraciət etməyə hazır olduğunu da söyləyib. Amma bunun üçün əvvəlcə həmin jurnalistlər şeyxülislama müraciət etməlidir. Bu il həyata keçiriləcək Həcc ziyarəti ilə bağlı məsələyə də toxunan A. Paşazadə ziyarətə hazırlıqların davam etdiyini deyib. Onun sözlərinə görə, artıq azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparacaq təyyarələr və zəvvarların qalacağı mehmanxanalar kirayələnib: “Avtobuslarla bağlı danışıqlar aparırıq. Avtobusları Türkiyədən gətirmək fikrindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR