Bank Of Baku

“RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

“RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 08 avqust 2008 13:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi (AJMK ) iyul ayında ölkədə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan APA-ya daxil olan məlumata görə, iyulda ölkədə söz və mətbuat azadlığı ilə bağlı hadisələrdə məhkəmələr daha çox diqqət çəkib. KİV-n və jurnalistlərin adı məhkəmə müstəvisində ümumilikdə 11 halda çəkilib. Bu proseslərdən dördündə jurnalistlərlə əlaqədar qərar çıxarılıb. Həmin qərarlardan üçü KİV nümayəndələrinin əleyhinə, biri isə lehinə olub. İyulda jurnalistlər və KİV-lərlə bağlı davam etməkdə olan məhkəmə proseslərinin sayı 6-ya çatıb. Ötən ay, həmçinin jurnalistlər tərəfindən məhkəməyə müraciət faktları da qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR