Bank Of Baku

Azərbaycan mediası: “Rusiya Gürcüstan müharibəsi başladı”-MONİTORİNQ

Azərbaycan mediası: “Rusiya Gürcüstan müharibəsi başladı”-<font color=red>MONİTORİNQ</font>
# 09 avqust 2008 11:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Gürcüstan və Rusiya arasında yaranmış gərginlik, həmçinin Cənubi Osetiyadakı hərbi əməliyyatlar Azərbaycan mediası tərəfindən izlənilir. Dünən və bu gün ölkənin bütün xəbərlər agentlikləri və televiziyaları əsas xəbər buraxılışlarını bu xəbərlərə həsr ediblər. APA, Trend agentlikləri, lent.az, day.az, Anspress, 1news.az, bakılılar.az portalları Gürcüstanda baş verənləri on-line işıqlandırıblar.

Azərbaycan yazılı mətbuatının isə böyük əksəriyyətinin bugünkü manşeti “Gürcüstan və Rusiya arasında müharibə başladı” kimi verilib.

“Gürcüstan Cənubi Osetiyanı nəzarətinə qaytardı” başlıqlı manşetlə nəşr olunmuş “Ekspress” qəzeti günün xronologiyası ilə yanaşı, politoloqların şərhlərini də dərc edib.

“Gürcüstanda müharibə!” . Bu isə “Azadlıq” qəzetinin manşetidir. Qəzet oxucuların diqqətini hadisələrin ardıcıllığı ilə yanaşı, müharibənin başlaması ilə bağlı səslənən versiyalara da yönəldib.

Ölkənin bir neçə aparıcı qəzeti isə eyni manşetlə nəşr olunub: “Rusiya Gürcüstan müharibəsi başladı”. Bu manşetlə “525-ci qəzet”, “Yeni Müsavat”, “Bizim Yol”, “Şərq”, “Zerkalo” qəzetləri işıq üzü görüb.
Bu qəzetlərdə həmçinin hadisələrlə bağlı qəzetlərin şərhçilərinin, həmçinin yerli politoloqların mövqeləri, agentliklərin hadisə ilə bağlı xəbərləri əksini tapıb.

Exo” qəzeti isə Gürcüstanda baş verənləri yeni Qafqaz müharibəsinin başlaması kimi qiymətləndirib.

“Xalq cəbhəsi” qəzeti isə Rusiyanın Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı ərazisi olan Marneuli rayonunun bombalanması xəbərini manşetinə çıxarıb. Qəzet
“Ermənistandan qalxan rus təyyarələri Marneulini bombaladı” manşeti ilə nəşr olunub.

“24 saat” qəzeti isə “Gürcüstan öz Qarabağı üçün savaşa başladı” manşeti ilə dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR