Bank Of Baku

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti treninq keçirilib

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti treninq keçirilib
# 11 avqust 2008 22:43 (UTC +04:00)
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti treninq keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, treninqdə müxtəlif KİV-in əməkdaşları, jurnalist-tələbələr iştirak ediblər. Növbəti treninqlərdə jurnalistlərin İKT ilə bağlı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Qeyd edək ki, layihə çərçivəsində İKT-dən yazan jurnalistlərin şəbəkəsinin yaradılması, İKT ilə bağlı jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və informasiya cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub. Layihə İREX/MAP təşkilatı tərəfindən dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR