“Day.az” internet portalı qısamüddətli hücuma məruz qalıb

“Day.az” internet portalı qısamüddətli hücuma məruz qalıb
# 11 avqust 2008 13:20 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün “Day.az” internet portalı hakerlərin qısamüddətli hücumuna məruz qalıb. Portalın baş redaktoru Elnur Baimovun APA-ya açıqlamasında saytın Rusiyanın təhlükəsizlik xidmətləri tərəfindən idarə olunan haker qrupunun dağıtdığını bildirib.

Onun sözlərinə görə, hücuma səbəb portalın Cənubi Osetiya münaqişəsi ilə bağlı verdiyi xəbərlərdə Rusiyanın təcavüzkar siyasət aparmasını qeyd etməsidir.

Baş redaktor deyib ki, onlara hakerlər tərəfindən Rusiyaya qarşı məlumat yerləşdirməməklə bağlı xəbərdarlıq göndərilib, sonra isə saytın fəaliyyəti iflic olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR