Bank Of Baku

Həbsdə olan jurnalistlərlə bağlı Əfv Komissiyasına yenidən müraciət edilməyəcək

Həbsdə olan jurnalistlərlə bağlı Əfv Komissiyasına yenidən müraciət edilməyəcək
# 12 avqust 2008 13:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Həbsdə olan jurnalistlərlə bağlı Prezident yanında Əfv Komissiyasına yenidən müraciət edilməyəcək. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva APA-ya açıqlamasında baş redaktorun əfv olunması üçün müraciət etmək fikrində olmadıqlarını bildirib. Q. Zahidin qardaşı, “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin ailəsindən də belə bir müraciət etmək istəmədiklərini deyiblər. “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev isə APA-ya açıqlamasında əfv üçün daha əvvəl bir dəfə bir müraciət etdiklərini, bunun nəticəsiz qaldığını bildirib: “Ötən dəfə Eynulla da, anası da əfv üçün müraciət edib. Ona görə də yenidən əfv üçün müraciət etməyəcəyik”.

Emin Fətullayev bu ilin sentyabr-oktyabr aylarında Avropa İnsan Haqları Məhkəməsində oğlunun şikayətinə baxılacağını bildirib.

Azərbaycan Mətbuat Şurasından da APA-ya həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı yenidən müraciət edilməyəcəyi bildirilib: “Mətbuat Şurasının son müraciətindən o qədər də vaxt keçməyib”.

Qeyd edək ki, Prezident yanında Əfv Komissiyası yenidən iclaslarına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR