Bank Of Baku

Bir qrup amerikalı jurnalist APA-nın baş direktoru ilə görüşüb

Bir qrup amerikalı jurnalist APA-nın baş direktoru ilə görüşüb
# 12 avqust 2008 16:19 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycanda səfərdə olan bir qrup amerikalı jurnalist APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə görüşüb. APA-nın məlumatına görə, Azərbaycan Diplomatik Akademiyasında keçirlən görüşdə ölkədə medianın hazırkı durumu, KİV-in prezident seçkilərini işıqlandırılması ilə bağlı məsələ, ABŞ-da keçiriləcək seçkilərə, həmçinin Rusiya ilə Gürcüstan arasındakı gərginliyə Azərbaycan mediasının münasibəti ilə bağlı müzakirələr aparılıb.

Amerikalı jurnalistlər daha çox Azərbaycan-Ermənistan münaqişəsi və bu münaqişənin mediada işıqlandırılması məsələsi, həmçinin ölkədəki dini durumla bağlı suallarını ünvanlayıblar.

Baş direktor və Azərtac Agentliyinin ABŞ-da akkreditə olunmuş müxbiri Şəfəq Akifqızı qonaqlara Azərbaycan-Ermənistan münaqişəsinin tarixi barədə məlumat veriblər, münaqişə ilə bağlı ikili standartlardan danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR