Azərbaycan Mətbuat Şurasının sədri Terri Devidsonla görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri Terri Devidsonla görüşüb
# 13 avqust 2008 15:32 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinə yeni rəhbər təyin edilən Terri Devidson bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovla görüşüb. MŞ-dan APA-ya verilən məlumata görə, Ə. Amaşov rəhbəri olduğu qurumun 2003-cü ilin martında jurnalistlər tərəfindən yaradıldığını xatırladıb, hazırda şuraya 155 KİV-i və jurnalist təşkilatının təmsil olunduğunu söyləyib. O, Şuranın media ilə bağlı konfliktlərin həlli istiqamətində minlərlə şikayəti araşdırdığı, müraciətlərə baxılma mexanizmi, MŞ-nin idarə heyəti, komissiyaları və digər strukturlar barədə məlumat verib.

T.Devidson görüşün Azərbaycan mediası ilə qarşılıqlı əməkdaşlığı təkmilləşdirmək baxımdan əhəmiyyətinə toxunaraq bu istiqamətdə məsləhətləşmələrin davamının vacibliyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR