Bank Of Baku

Gürcüstan vətəndaşı olan ruslar sığınacaq almaq üçün Rusiya hökumət orqanlarına müraciət ediblər

Gürcüstan vətəndaşı olan ruslar sığınacaq almaq üçün Rusiya hökumət orqanlarına müraciət ediblər
# 15 avqust 2008 11:08 (UTC +04:00)
Soçi-APA. Gürcüstanın Zuqdidi rayonunda yaşayan milliyyətcə rus olan Gürcüstan vətəndaşları Rusiyadan sığınacaq istəyiblər. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, dünən Krasnodar vilayətinə gələn 14 rus Federal Miqrasiya Xidmətindən rəsmi olaraq sığınacaq istəyib. Soçi şəhər rəhbərinin müavini Vladimir Volkovun sözlərinə görə, ruslar Gürcüstanda təqibə məruz qaldıqları üçün ilkin mərhələdə qaçqın statusu, daha sonra isə vətəndaşlıq almaq istəyirlər: “Biz milliyyətcə rus olan Gürcüstan vətəndaşlarını müvəqqəti sığınacaqla təmin etmişik. Onlardan biri – dörd aylıq uşağı olan qadın xəstəxanaya yerləşdirilib. Digərləri isə müvəqqəti olaraq Rostov, Volqodonsk və kazak stanitsalarının birində qohumlarının evində yerləşdiriliblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR