Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev Pekin Olimpiadasında medal qazana bilməyib

Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev Pekin Olimpiadasında medal qazana bilməyib
# 18 avqust 2008 09:00 (UTC +04:00)
Şəxsi rekordu 405 kq olan N. Paşayev birdən qaldırmada 181, təkanla qaldırmada isə 215 kq çəkini başı üzərinə qaldırıb. Bu çəkidə qazaxıstanlı İlya İlyin olimpiya çempionu olub (406 kq). Polşalı Simon Koletski (403 kq) ikinci, rusiyalı Hacımurad Akkayev (402 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan milli komandasının digər üzvləri, Sərdar Həsənov (62 kq), Turan Mirzəyev, Əfqan Bayramov (hər ikisi 69 kq) və İntiqam Zairov (85 kq) da fəxri kürsüyə yüksələ bilməyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR