Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının Sosial komissiyası fəaliyyətə başlayıb

Azərbaycan Mətbuat Şurasının Sosial komissiyası fəaliyyətə başlayıb
# 18 avqust 2008 11:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) Sosial komissiyası konkret iş planı əsasında fəaliyyətə başlayıb. MŞ-dan APA-ya verilən məlumata görə, reallaşdırılması nəzərdə tutulan tədbirlər sırasında bölgə mətbuatının, əyalət jurnalistlərinin bu sahədəki durumlarının, problemlərinin araşdırılması da əsas yer tutur. Qurumun İdarə Heyətinin üzvü, Sosial komissiyanın sədri Müşfiq Ələsgərli bu məqsədlə cənub bölgəsinə səfər edib.

O, Cəlilabadın «Yeni gün», Lənkəranın eyni adlı və «Aşkarlıq», Masallının «Yeni həyat», «Cənub xəbərləri» redaksiyalarında, yerli mətbəəsində, həmçinin rayonların İcra hakimiyyətlərində görüşlər keçirib, fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR