Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri Türkiyəyə səfər edəcək

Azərbaycan Mətbuat Şurasının sədri Türkiyəyə səfər edəcək
# 21 avqust 2008 09:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkiyəyə səfər edəcək. Bu barədə APA-ya məlumat verən Əflatun Amaşov avqustun 25-də başlayacaq səfərin bir həftə davam edəcəyini deyib.

Ə. Amaşov bir neçə şura üzvü ilə birlikdə Türkiyənin İstanbul şəhərində bu ölkənin Mətbuat Elan Qurumunda görüşlər keçirəcəyini, onların iş prinsipi tanış olacağını, rəsmi qurumların reklam və elanlarının mediada yerləşdirilməsi qaydalarını öyrənəcəyini bildirib.

Onun sözlərinə görə, Türkiyə mediasında yerləşdirilən reklamın 25 faizi Basın Elan Qurumunun payına düşür: “Bu təcrübə gələcəkdə Azərbaycanda da tətbiq oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR