Bank Of Baku

Türk Dünyası Ölkələrinin Jurnalist Assosiasiyasının yaradılması ilə bağlı razılıq protokolu imzalanacaq

Türk Dünyası Ölkələrinin Jurnalist Assosiasiyasının yaradılması ilə bağlı razılıq protokolu imzalanacaq
# 21 avqust 2008 09:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Türk Dünyası Ölkələrinin Jurnalist Assosiasiyasının yaradılması ilə bağlı razılıq protokolu imzalanacaq. Bu barədə APA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri yaxın günlərdə Türkiyəyə səfəri zamanı bu ölkənin Jurnalistlər Cəmiyyətində görüş keçirəcəyini və bu görüşdə Türk Dünyası Ölkələrinin Jurnalist Assosiasiyasının yaradılması ilə bağlı razılıq protokolu imzalayacaqlarını deyib. Onun sözlərinə görə, belə bir qurumun yaradılması təşəbbüsü Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Jurnalistlər Cəmiyyətinə məxsusdur.

A. Amaşov sözügedən qurumun tezliklə yaradılacağına və türk dünyası ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR