Bank Of Baku

KİV-lərə ayrılan 5 min manat həcmində maliyyə yardımı redaksiyaların bank hesablarına köçürüləcək

KİV-lərə ayrılan 5 min manat həcmində maliyyə yardımı redaksiyaların bank hesablarına köçürüləcək
# 21 avqust 2008 13:52 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ölkə prezidentinin sərəncamına uyğun olaraq, 38 gündəlik qəzet və informasiya agentliyinə ayrılan 5 min manat həcmində maliyyə yardımı operativ şəkildə ödənəcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Yardımla bağlı bir sıra mətbuat orqanlarının ona müraciət etdiyini bildirən şura sədri deyib ki, buna müvafiq olaraq bu gün Maliyyə Nazirliyinin rəhbərliyi ilə əlaqə saxlayıb: “Nazirlikdən mənə bildirdilər ki, bununla bağlı heç bir problem yoxdur. Nəzərdə tutulan pul operativ olaraq redaksiyaların hesabına köçürüləcək. Bunun üçün yardım ayrılan redaksiyalar nazirliyə müraciət edib, bank hesablarını göstərməlidir. Bundan sonra həmin vəsait redaksiyaların bank hesablarına köçürüləcək”.

Qeyd edək ki, ölkə prezidenti 38 gündəlik qəzetə və informasiya agentliyinin hərəsinə 5 min manat həcmində maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Bu KİV-lərin siyahısı Mətbuat Şurası tərəfindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR