Bank Of Baku

Sabah “Media və seçkilər” mövzusunda konfrans keçiriləcək

Sabah  “Media və seçkilər” mövzusunda konfrans keçiriləcək
# 25 avqust 2008 14:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avqustun 26-da Avropa Şurası (AŞ) “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə birlikdə “Media və seçkilər: Medianın demokratik öhdəliyi” mövzusunda konfrans keçirəcək. Avropa Şurasının Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir AŞ ilə Avropa Komissiyasının “Moldova və Cənubi Qafqaz – Azad və ədalətli seçkilərə dəstək” adlı birgə layihəsi çərçivəsində keçirilir. Konfransda parlamentarilər, redaktorlar, jurnalistlər, qeyri-hökumət təşkilatları və analitiklər daxil olmaqla siyasət və media sahəsindən xarici və yerli ekspertlər iştirak edəcəklər. Müzakirələr seçki kampaniyalarının və postseçki dövrünün mediada işıqlandırılması mövzusuna həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR