Bank Of Baku

Qənimət Zahidin kassasiya şikayəti təmin olunmayıb

Qənimət Zahidin kassasiya şikayəti təmin olunmayıb
# 26 avqust 2008 08:47 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan Ali Məhkəməsində hakim İlham Cəfərovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi ilə bağlı qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Qənimət Zahidin vəkili Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarıb. Vəkil bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Qeyd edək ki, Q. Zahid Yasamal rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayan qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR