Bank Of Baku

Bakıda Avropa Şurasının təşkilatçılığı ilə “Media və seçkilər: Medianın demokratik öhdəliyi” mövzusunda konfrans keçirilib

Bakıda Avropa Şurasının təşkilatçılığı ilə “Media və seçkilər: Medianın demokratik öhdəliyi” mövzusunda  konfrans keçirilib
# 26 avqust 2008 09:56 (UTC +04:00)
Konfransda parlamentarilər, redaktorlar, jurnalistlər, qeyri-hökumət təşkilatları və analitiklər, xarici və yerli ekspertlər iştirak edir. Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də medianın demokratik istiqamətdə inkişafıdır: “Prezident seçkiləri ən demokratik və beynəlxalq standartlara uyğun keçirilməlidir, bu istiqamətdə hamı - sıravi vətəndaşlar, media, siyasətçilər, seçki prosesinin iştirakçıları səy göstərməlidir”. MSK-nın üzvü Azər Tağıyev cəmiyyətin inkişafında kütləvi informasiya vasitələrinin rolunun danılmaz olduğunu bildirib: “Jurnalistlərin fəaliyyəti dövlətçilik üçün çox vacibdir, ancaq onlar da qanun qarşısında cavabdehdir”. Azər Tağıyev bildirib ki, MSK seçkilərlə bağlı jurnalistlər üçün təlimat hazırlayır. AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib ki, mətbuatın hüququ dövlətin əsas təməl prinsiplərindən biridir: “Medianın imkanları yalnız seçkilər zamanı yox, ümumiyyətlə hər zaman genişlənməli, hökumət tərəfindən media üçün bütün imkanlar yaradılmalıdır”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev artıq mətbuatda seçkilərin işıqlandırılması ilə bağlı monitorinq keçirildiyini bildirib. Avropa Şurasının eksperti Paskal Mooney hesab edir ki, jurnalistlər qorxusuz bir atmosferdə işləməlidir: “Seçkilər zamanı medianın fəaliyyəti daha çox diqqəti cəlb edir, ölkədəki siyasi hadisələr haqqında məlumatlar maneəsiz yayılmalıdır”. Millət vəkili Qənirə Paşayeva medianın azad, demokratik və ədalətli seçkilərin keçirilməsi istiqamətində böyük məsuliyyət daşıdığını deyib: “Seçkilərə cavabdeh təşkilatlar media ilə əməkdaşlığı daha da genişləndirməlidir. Doğru informasiyanın yayılmasında həmin təşkilatların da üzərinə məsuliyyət düşür. Seçki kampaniyası zamanı mətbuatın fəaliyyətində qərəzsizlik ən önəmli faktordur. Jurnalistlər müşahidəçi funksiyasını üzərinə götürməlidir, rəqib və tərəfdaş funksiyasını götürməməli, məlumatları cəmiyyətə operativ çatdırmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR