Bank Of Baku

Azərbaycan Milli Teleradio Şurası regional kanalları izləmək üçün monitorinq mərkəzləri yaradacaq

Azərbaycan Milli Teleradio Şurası regional kanalları izləmək üçün monitorinq mərkəzləri yaradacaq
# 28 avqust 2008 08:27 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın regionlarında fəaliyyət göstərən televiziya kanallarının monitorinqlərinin aparılması üçün monitorinq mərkəzlərinin yaradılmasını planlaşdırır. Bu barədə APA-ya MTRŞ üzvü Qafar Cəbiyev bildirib.

Q. Cəbiyev deyib ki, son vaxtlar regional kanalların sayının artması onların sistemli monitorinqinin aparılması zərurətini ortaya çıxarıb. Şura üzvünün sözlərinə görə, ilkin olaraq Gəncəbasar regionundakı kanalların izlənməsi üçün Gəncə şəhərində monitorinq mərkəzinin açılması gözlənilir. Bununla bağlı artıq MTRŞ rəhbərliyi ilə Gəncə şəhər İcra Hakimiyyəti arasında danışıqlar aparılıb.

Q. Cəbiyev onu da bildirib ki, MTRŞ Azərbaycan ərazisində yayımlanan bütün televiziya kanallarının ümumi monitorinqini də davam etdirir. Yaxın zamanlarda şurada bununla bağlı müzakirələrin açılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR