Olimpiada günlərində Bakı sakinləri televiziya vasitəsilə, əsasən, Pekin Olimpiadasını izləyiblər

Olimpiada günlərində Bakı sakinləri televiziya vasitəsilə, əsasən, Pekin Olimpiadasını izləyiblər
# 29 avqust 2008 09:27 (UTC +04:00)
Bakı - APA. XXIX Pekin Yay Olimpiya Oyunlarından telereportajlar Azərbaycanda tamaşaçı auditoriyasına görə digər teleproqramları üstələyib. Bu, “Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin Olimpiada günlərində Bakı şəhərinin 438, 445, 453 və 454 indeksli ATS-in 924 respondenti arasında keçirdiyi rəy sorğularının nəticələri əsasında məlum olub.

Departamentdən APA-ya bildirilib ki, sorğuda iştirak etmiş respondentlərin 26,84%-i televiziya qarşısında məhz Pekin Olimpiadasını izləmək üçün əyləşdiyini deyib.

Qeyd edək ki, avqustun 8-dən 24-dək keçirilmiş Pekin Olimpiadasını Azərbaycan tamaşaçılarına AzTV və “Lider” telekanalları təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR