Azərbaycan mətbuatının reklam bazarının inkişafı Türkiyədə müzakirə olunub

Azərbaycan mətbuatının reklam bazarının inkişafı Türkiyədə müzakirə olunub
# 29 avqust 2008 16:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan mətbuatının reklam bazarının inkişafı İstanbulda Azərbaycan Mətbuat Şurası və Türkiyənin Media Elanları Şurasının nümayəndələri arasında keçirilən məsləhətləşmələrin mövzusu olub. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Türkiyə Media Elanlar Şurasının (MEŞ) baş direktorunun müavini Behzat Erdoğan qardaş ölkədə səfərdə olan Azərbaycanın Mətbuat Şurası təmsilçilərinə bildirib ki, qurum 1961-ci ildə gündəlik qəzetlərə ictimai-siyasi statusundan olmayaraq, maddi dəstək məqsədilə yaradılıb. Şura Türkiyə Respublikasının xüsusi qanunu ilə təsdiq olunub. B. Erdoğan elan-reklam yerləşdirilməsinin həcminin pulla ifadə olunmasının qanunla təsdiq edilmiş xüsusi metodlar üzrə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, hazırda Türkiyədə 30 ümummilli qəzet və çox sayda yerli gündəlik qəzetlər bu dəstəkdən yararlanır. Görüşdə eyni zamanda bildirilib ki, MEŞ-in fəaliyyəti elan paylaşdırılması ilə məhdudlaşmır. Şuranın öz fəaliyyətindən aldığı komisyon haqqı jurnalistlərə sosial dəstəyə yönəldilir. Bura jurnalistlərə faizsiz illik borc verilməsi, ehtiyacı olanlara təmənnasız maddi dəstək göstərilməsi və sair tədbirlər daxildir. Müzakirələr zamanı B. Erdoğan MEŞ-in Azərbaycanda Elan və Reklam Şurasının yaradılmasına yardım göstərməyə hazır olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR