Qəzetlərin 5 min manat birdəfəlik yardımı alması üçün lazım olan sənədlərin siyahısı

Qəzetlərin 5 min manat birdəfəlik yardımı alması üçün lazım olan sənədlərin siyahısı
# 01 sentyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyevin ölkədə nəşr olunan 38 gündəlik qəzet və informasiya agentliyinə 5 min manat məbləğində birdəfəlik yardım göstərilməsi haqqında sərəncamının icrasına başlanılıb. APA-nın məlumatına görə, həmin məbləği almaq üçün 3 sənəd tələb olunur:

1. Müəssisənin adından maliyyə nazirinə məktub (bu məktubda müəssisəyə birdəfəlik yardımın ayrıldığı xatırladılır və müvafiq prezident sərəncamının nömrəsi göstərilir)
2. Məxaric orderi. Hazır forma Maliyyə Nazirliyindən alınır və burada müəssisənin bank rekvizitləri göstərilir.
3. Respublika büdcəsindən kredit açılışı üçün Sifariş blankı. Bu forma da nazirlikdən götürülür və müəssisənin müvafiq rekvizitləri ilə doldurulur.

Sadalanan sənədlər Maliyyə Nazirliyinə təqdim edildikdən sonra isə vəsait qəzet və ya agentliyin bank hesabına köçürülür.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da APA-ya açıqlamasında qəzetlərə ayrılan 5 min manatlıq yardımın alınmasında heç bir problemin olmadığını deyib. Şura sədri qəzetlərə ayrılan vəsaitin ödənilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunmasının zəruriliyini vurğulayıb.

O qeyd edib ki, artıq bəzi KİV-lər bu vəsaiti alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR